Rəqibi məhv etdi, meydandan qovuldu (VİDEO,FOTO)

Rəqibi məhv etdi, meydandan qovuldu (VİDEO,FOTO)
19:26 4 Yanvar 2016
31 İdman
Ölkə mətbuatı
A- A+

Monte Karlo knyazlığının “Monako” klubu Fransa kubokunda qonaqlarını biabır edib.

ANS PRESS-in məlumatına görə, “Monako” Fransa kubokunun 1/32 final mərhələsində “Sen Jan Bolye” klubunu 10:2 hesabı ilə məğlub edib.

Matçın qəhrəmanı Lasina Traore olub. O, ilk hissədə rəqib komandanın qapısına 4 top keçirərəq qırmızı vərəqə alıb. Ev sahibi 10 nəfər ilə ollmaqlarına baxmayaraq ikinci hissədə qonaqlara daha 5 top vuraraq darmadağın edib.


“Monako” - “Sen Jan Bolye” 10-2

Digər qolları Fabinyo dubl ederək, Radji, Baluli, Elder Koşta və Paşaliça vurub.

"Monako" Ağdamın "Qarabağ" klubu ilə ötən il Avropa liqasının J qrupunda mübarizə aparırdı. "Knyazlılar" Qurban Qurvbanovun komandasını öz meydanında 1:0 hesabı ilə məğlub edib.


Avropa liqasının J qrupu

Ardıcıl ikinci dəfə qrup mərhələsində çıxış edən "Qarabağ" 1/16 finala iddialarını davam etdirmək üçün doğma azarkeşləri önündə 3 xal qazanmalı idi. Qarşılaşmada hesabı "Qarabağ" açıb. Ancaq ikinci hissənin ortalarında fransızlar bərabərlik qolunu vura biliblər. Oyun 1:1 hesabı ilə bitib. "Monako" ilə "Qarabağ" nəticədə qrupda qalıblar.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=368829

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR