“Bakcell” “Park Cinema”da hər ikinci bileti pulsuz təklif edir

“Bakcell” “Park Cinema”da hər ikinci bileti pulsuz təklif edir
19:43 4 Yanvar 2016
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 yanvar, AZƏRTAC
Azərbaycanın mobil operatoru “Bakcell” şirkəti “Ulduzum” abunəçiləri üçün “Park Cinema” kassalarında 1 bilet alın və hər ikinci bileti pulsuz əldə edin” adlı yeni kampaniyaya başlayıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, abunəçilər “Ulduzum”la “Park Cinema” kassalarından və yaxud saytından (onlayn) 1 bilet alıb hər ikinci bileti pulsuz əldə edərək istədikləri filmi izləyə bilərlər. Biletləri yalnız hər həftənin cümə axşamı almaq olar.
Abunəçilər öz nömrələrindən “1” yazıb “5555” qısa nömrəsinə SMS göndərərək “Ulduzum” proqramına qoşula bilərlər. Proqramdan faydalanmaq üçün istifadəçilər *5555#YES yığmalı və ya “*” yazaraq 5555-ə SMS göndərməli və 4 rəqəmli şifrəni əldə etməlidirlər. SMS-in qiyməti 3 qəpikdir. Abunəçilər həftənin cümə axşamları “Park Cinema”da nümayiş olunan istənilən filmi izləmək üçün dördrəqəmli şifrəni təqdim etdikdə hər ikinci bileti pulsuz əldə edəcəklər.
Daha ətraflı məlumat üçün 770 yazıb 5555-ə pulsuz SMS göndərilməlidir.
Kampaniya “Metropark”da “Ailə tarifi” ilə bilet əldə edərkən və VİP zallar üçün keçərli deyil.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakcell_Park_Cinemada_her_ikinci_bileti_pulsuz_teklif_edir-916056

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR