​"Real Madrid"in baş məşqçisi istefaya göndərilib

​"Real Madrid"in baş məşqçisi istefaya göndərilib
19:52 4 Yanvar 2016
49 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 4 yanvar. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Rafael Benites istefaya göndərilib.
"Report"un "Marca"ya istinadən məlumatına görə, bu barədə qərar klub prezidenti Florentino Peresin rəhbər heyət üzvləri ilə keçirdiyi görüşdə qəbul olunub.
55 yaşlı mütəxəssislə anlaşma pozulub. Əvəzində bu post Zinəddin Zidana tapşırılıb. Zidan Benitesi əvəzləməyə razılıq verib. Benitesin istefaya göndərildiyinə dair xəbər tezliklə rəsmən açıqlanacaq.
Qeyd edək ki, İspaniya çempionatında 18 turdan sonra "Real Madrid" 37 xalla 3-cü pillədə qərarlaşıb.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/real-madrid-in-bas-mesqcisi-istefaya-gonderilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR