20 yaşlı gənci maşın vurub öldürdü

20 yaşlı gənci maşın vurub öldürdü
19:56 4 Yanvar 2016
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Goranboy rayonunda ağır yol qəzası baş verib. Nəticədə piyada dünyasını dəyişib.

Goranboy Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Dəliməmmədli- Xoylu avtomobil yolunun Qaradağlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hələlik istintaqla müəyyən edilməyən naməlum avtomobil, yolu keçmək istəyən Gəncə şəhəri Nizami rayonu Ağamirzə Əhmədov küçəsində yaşayan 1994-cü il təvəllüdlü Elmir Rasim oğlu Quliyevi vurub. 20 yaşlı gənc aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə həyatını itirib. Hadisəni törədən sürücü ərazidən qaçıb.

Hazırda Goranboy Rayon Polis İdarəsin əməkdaşları qəzanı törədən şəxsi axtarır.

Faktla bağlı Goranboy Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Dünən də Astara rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Rayonun Şahağacı kəndində qeydə alınan hadisə zamanı, Lənkəran rayonunun Digah kənd sakini, 1967-ci il təvəllüdlü İzzət Qurban oğlu Cəfərovun idarə etdiyi “Mercedes” markalı, 42- BK- 492 dövlət nömrə nişanlı mikroavtobusla hərəkətdə olarkən yolu keçmək istəyən Astara rayonunun Şahağacı kənd sakini, 1988-ci il təvəllüdlü Zamin Zahir oğlu Həsənovu vurub.

Ağır bədən xəsarətləri alan piyada hadisə yerindəcə dünyasını dəyişib.

Hadisəyə ilkin ehtimal mikroavtobusun yüksək sürətlə hərəkətdə olması və yolun sürüşkən olması göstərilirdi.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368847

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR