Moldova parlamentinin xüsusi iclası baş tutmayıb

Moldova parlamentinin xüsusi iclası baş tutmayıb
20:13 4 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+


Kişineu, 4 yanvar, AZƏRTAC
Moldova parlamentinin bu günə təyin olunmuş xüsusi iclasında Baş nazir vəzifəsinə namizəd İona Sturza öz fəaliyyət proqramını və Nazirlər Kabinetinin heyətini təqdim etməli idi. Lakin yetərsay olmadığına görə iclas baş tutmayıb.
AZƏRTAC MOLDPRES agentliyinə istinadən xəbər verir ki, iclas zalında yalnız 47 deputat olub.
Parlamentin spikeri Andrian Kandunun sözlərinə görə, yetərsay olmadığı halda plenar iclaslar keçirilə bilməz. Qanunvericiliyə əsasən, bu halda dövlət başçısı Nikolaye Timofti parlament fraksiyaları ilə məsləhətləşmələrə başlamalı və Baş nazir vəzifəsinə yeni namizəd təyin etməlidir.
Deputatlar yeni hökumətə yanvarın 29-na qədər səs verməlidirlər (Valeriu Streletsin başçılıq etdiyi Nazirlər Kabinetinin istefası günündən üç aylıq müddət həmin tarixdə başa çatır). Əgər həmin tarixə qədər hökumət təyin edilməsə, ölkənin qanunverici orqanı buraxılacaq və növbədənkənar parlament seçkiləri keçiriləcək.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Moldova_parlamentinin_xususi_iclasi_bas_tutmayib-916057

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR