"VAZ"la motosiklet toqquşdu, ölən və yarlanan var

"VAZ"la motosiklet toqquşdu, ölən və yarlanan var
20:16 4 Yanvar 2016
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəranda ölümlə nəticələnən yol qəzası qeydə alınıb. Minik maşını ilə motosiklet toqquşub.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Lənkəran- Boradigah yolunun Zövlə kəndindən keçən hissəsində baş verib.

Adı hələlik istintaqla müəyyən edilməyən Masallı rayon sakininin idarə etdiyi 44- BK- 905 dövlət nömrə nişanlı “VAZ-21015” markalı minik avtomobili, Lənkəran rayonunun Seperadi kənd sakini 1954-cü il təvəllüdlü Ayaz Salayevin idarə etdiyi “Muravey” markalı motosikletlə toqquşub. Motosikletin sürücü A. Salayev aldığı xəsarətlərin ağırlığından hadisə yerindəcə dünyasını dəyişib.

Muraveydə olan sərnişin 1972-ci il təvəllüdlü, Boladi kənd sakini Həmzə Mədrəin oğlu İsbərov isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan yaralının vəziyyətinin orta ağır olduğunu və cərrahiyyə şöbəsində müalicə edildiyini bildirdilər.

Faktla bağlı Lənkəran Rayon Polis idarəsində araşdırma aparılır.

Oxşar yol qəzası noyabrın 2-də də Yevlax rayonunda yol qəzası baş verib. Yevlax şəhər sakini, 1962-ci il təvəllüdlü Füzuli Zakir oğlu Yusibovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil hərəkətdə olarkən Yevlax rayonunun Əhmədabad qəsəbə sakini 1968-ci il təvəllüdlü Andrey Oruc oğlu Xəlilovun idarə etdiyi motosikletlə toqquşub. Qəza zamanı "VAZ 2107"də olan sərnişin Cəfər Əli oğlu Cəfərov və motosikletin sürücüsü A. Xəlilov xəsarət alıblar.

Onlar ətrafdakı insanların köməyi ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368833

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR