Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Səfir: “Azərbaycan və Ermənistan prezidentləri Minskdə görüşə bilərlər”

Səfir: “Azərbaycan və Ermənistan prezidentləri Minskdə görüşə bilərlər”

Ceyms Uorlik: "Azərbaycan və Ermənistan prezidentləri arasında dialoqu bərpa edə bildiyimizə görə fəxr edirəm" (21 Fevral 2017 10:37)
Azərbaycan və İran prezidentləri martda görüşəcək (09 Fevral 2017 17:18)

Tarix: 4 Yanvar 2016 20:29

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Belarusun paytaxtı Minsk şəhərində görüşə bilərlər.

 

APA-nın məlumatına görə, bunu "News.am" saytına müsahibəsində Belarusun Ermənistandakı səfiri İqor Nazaruk bəyan edib.

 

Onun sözlərinə görə, Qarabağ münaqişə kimi məsələlərin “qaynar” deyil, “soyuq” rejimdə həlli üçün danışıqların aparılması zəruridir: “ATƏT-in Minsk qrupunun fəaliyyəti də buna istiqamətlənib. Əlaqələrin mövcudluğu tərəflərin bir-birilərini daha yaxşı başa düşməsinə gətirib çıxarır və əlavə etimad elementləri yaranır. Əminəm ki, bu, yeganə düzgün yoldur. Yəni heç bir "qaynar” mərhələyə keçid olmadan, danışıqlar aparmaq", deyə İ.Nazaruk bildirib.

 

Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentləri sonuncu dəfə dekabrın 19-da İsveçrənin paytaxtı Bern şəhərində görüşüblər.


Teqlər:  Səfir Azərbaycan Ermənistan prezidentləri Minskdə görüşə bilərlər



RƏYLƏR


Top xəbərlər