İlham Əliyevlə Sarkisyanın növbəti görüş yeri

İlham Əliyevlə Sarkisyanın növbəti görüş yeri
20:36 4 Yanvar 2016
48 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü Minsk şəhərində baş tuta bilər. ANS PRESS-in məlumatına görə, bu barədə Belarusun Ermənistandakı səfiri İqor Nazaruk açıqlama verib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ kimi "qaynar" deyil, "soyuq" rejimdə olan münaqişələri həll etmək üçün danışıqlar prosesi davam etdirilməlidir.

"ATƏT-in Minsk qrupu da danışıqların aparılmasına istiqamətlənib. Əminəm ki, danışıqlar aparılmağa, əlaqələr qurulmağa başlayanda bir-birini başa düşmək üçün yaxşı vəziyyət yaranır. Deməli, əlavə etimad elemntləri ortaya çıxır. Əminəm ki, bu yeganə doğru yoldur. "Qaynar faza"ya keçid olmadan danışıqlar aparılmalı, sakit ünsiyyət qurulmalıdır", deyə İqor Nazaruk bildirib.

İlham Əliyev və Serj Sarkisyanın son görüşü dekabrın 19-da İsveçrənin Bern şəhərində baş tutub. Prezidentlərin təkbətək görüşü 1 saatdan artıq davam edib. Görüşün yekununa dair ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanat yayıblar.

Bəyanatda vurğulanır ki, Azərbaycan və Ermənistan prezidentləri Minsk qrupu formatına sadiqliklərini təsdiq ediblər. İlham Əliyev və Serj Sarkisyan 2016-cı ildə Dağlıq Qarabağ üzrə danışıqları davam etdirmək barədə razılıq əldə ediblər.


Prezidentlərin Bern görüşünə dair video

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368859

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR