Dünyanın ən yaxşı baş məşqçisi seçildi (SİYAHI, FOTO)

Dünyanın ən yaxşı baş məşqçisi seçildi (SİYAHI, FOTO)
20:51 4 Yanvar 2016
65 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2015-ci ilin yekunlarına əsasən, dünyanın ən yaxşı klub baş məşqçilərinin reytinq siyahısını açıqlayıb.

ANS PRESS-in məlumatına görə, “Barselona” klubunun baş məşqçisi Luis Enrike bütün həmkarlarını geridə qoyaraq 1-ci olub.

İspaniyalı 165 xalla “Bavariya” klubunun baş məşqçisi Xosep Qvardiolaya qalıb gəlib. 3-cü pillədə “Yuventus”un italiyalı mütəxəssisi Massimiliano Alleqri olub.


Xosep Qvardiola - məşqçi

1. Luis Enrike ("Barselona") - 165 xal
2. Xosep Qvardiola ("Bavariya") – 86 xal
3. Massimiliano Alleqri ("Yuventus") – 43 xal
4. Unai Emeri ("Sevilya") – 39 xal
5. Marsello Qallardo (“River Pleyt”) - 33 xal
6. Karlo Ançelotti - (klubsuz) 19 xal
7. Dieqo Simeone ("Atletiko Madrid") - 12 xal
8. Diter Hekinq ("Volfsburq") - 6 xal
9. Loran Blan (PSJ) - 5 xal
10. Miron Markeviç ("Dnepr") - 4 xal

"Barselona" ötən mövsum İspaniya çempionatının, Çempionlar liqasının, İspaniyanın kral kubokunun, Avopanın super kubokunun və klublararası dünya kubokunu qazanıb. "Barsa" İspaniya çempionatında 17 oyundan sonra 39 xalla 2-ci pillədədir. Lakin katalonların 1 oyun ehtiyatda var. Əgər Luis Enrikenin komandası qalib gəlsə çempionatın lideri olacaq.


İspaniya çempionatının turnir cədvəli

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=368855

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR