Bakı-Sumqayıt yolunda 13 avtomobil toqquşdu - DƏHŞƏTLİ QƏZA - VİDEO

Bakı-Sumqayıt yolunda 13 avtomobil toqquşdu - DƏHŞƏTLİ QƏZA - VİDEO
21:17 4 Yanvar 2016
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən zəncirvari qəza baş verib.

Milli.Az bildirir ki, hadisə şahidlərinin ölkə.az-a verdikləri məlumata görə, dünən 19-40 radələrində Bakı-Sumqayıt yolunda "Ekologiya postu"nun yaxınlığında 13 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib. Qəzaya səbəb isə yolların buzlu olması olub. Sürüşkən və buzlu yolda hərəkət çətinləşdiyi üçün müvazinəti itirən avtomobillər bir-birinə çırpılıb.

Qəza anını görüntüyə alan mikroavtobusdakı şahidin sözlərinə görə, avtomobillərdən biri onlara da arxadan vurmasına baxmayaraq, xoşbəxtlikdən zərərçəkən olmayıb. Vurulmadan və ətrafdakı zəncirvari qəzadan qorxuya düşən sərnişinlər arasında gərginlik yaşanıb.

Şahidlərin sözlərinə görə, bu yola qar yağdıqdan sonra və buzlu yolları təmizləmək üçün heç bir texniki vasitə cəlb edilməyib. Nəticədə 13 avtomobilin iştirakı ilə baş verən qəzada xoşbəxtlikdən heç bir ölən və xəsarət alan olmayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/395215.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR