Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakının mərkəzində gecə klubunda törədilən qətlin üstü açılıb

Bakının mərkəzində gecə klubunda törədilən qətlin üstü açılıb

Date: 4 January 2016 21:32

Polis və prokurorluq orqanlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Səbail rayonunda törədilən qətlin üstü isti izlərlə açılıb.

Milli.Az bildirir ki, Bakı şəhər Baş Polis Polis İdarəsi və şəhər prokurorluğundan APA-ya daxil olan birgə məlumatda qeyd edilir ki, bu gün saat 06:00 radələrində Bakı şəhəri Səbail rayonu Bülbül prospektində yerləşən "Kofein-klub"da 25-30 yaşlı kişi kəsici-deşici xəsarətlər alıb.

O, xəstəxanaya aparılarkən yolda vəfat edib.
 
Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində qətlə yetirilən şəxsin 1989-cu il təvəllüdlü Tural Abbasov olması müəyyən edilib. İsti izlərlə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1980-ci il təvəllüdlü Sadiq Fətullayev saxlanılıb.
 
Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Milli.Az


Tags:  Bakının mərkəzində gecə klubunda törədilən qətlin üstü açılıb

RƏYLƏR


Top news