Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tehranda Səudiyyə Ərəbistanına qarşı etiraz aksiyası keçirilib

Tehranda Səudiyyə Ərəbistanına qarşı etiraz aksiyası keçirilib

Date: 4 January 2016 21:47

Tehranın mərkəzi meydanında şiə din xadimi Nimr ən-Nimrin Ər Riyadda edam olunmasına etiraz olaraq növbəti kütləvi etiraz aksiyası keçirilib.

APA-nın "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, nümayişçilər Əl-Saud sülaləsinin  devrilməsinə dair şüarlar səsləndiriblər.
 
Yanvarın 3-də şiə din xadimi Nimr ən-Nimrin Ər Riyadda edam olunmasına etiraz edən iranlılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin binasına hücum ediblər. Bundan sonra Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cübeyr İranla diplomatik əlaqələrin kəsildiyini bəyan edib.

Milli.Az


Tags:  Tehranda Səudiyyə Ərəbistanına qarşı etiraz aksiyası keçirilib


RƏYLƏR


Top news