Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qəbirstanlığa gələn ermənilər öldürüldü

Qəbirstanlığa gələn ermənilər öldürüldü

Date: 4 January 2016 22:01

ABŞ-da yaşlı erməni Los-Anceles qəbirstanlığında həmyerlilərini güllələyib.

ANS PRESS-in məlumatına görə, Los-Anceles polis departamentinin xəbərinə əsasən, Ontario sakini 71 yaşlı Karapet Kaladjiyan Qərbi Hollivuddan olan iki həmyerliləri - 60 yaşlı Misaka Minasyanı və 59 yaşlı Xripsim Minasyanı gülləyərək, öldürüb.

Hadisə Ontario şəhərinin qəbirstanlığında baş verib. İki qardaş buraya öz qohumlarının qəbrinə baş çəkməyə gəlib. Burada eyni zamanda Karapetyanın həyat yoldaşı da basdırılıb. O, 2011-ci ildə xərçəng xəstəliyindən vəfat edib. Bu il yanvarın 3-də onun dəfn gününün beş ili tamam olur.

İnsident də elə burada görüşən həmyerlilər arasında olub. Amma hadisənin hansı səbəbdən baş verməsi hələ ki, məlum deyil. İki həmyerlisini öldürən erməni daha sonra özünü də güllələyib.

Hazırda məsələ ilə bağlı cinayət işi açılıb, araşdırmalar gedir. Polis hadisə və ölən ermənilər haqqında məlumatı olan şəxslərdən polis şöbələrinə gələrək, məlumat vermələri xahiş olunur.


Los-Anceles, ABŞ

Los-Anceles polisi bir neçə gündür daha bir kriminal xarakterli cinayətlər seriyası ilə bağlı Artyom Qasparyan adlı birini axtarır. Məlumatlara görə, o, ötən ay Panarama Siti, Los-Anceles, Berbank, Qərbi Hollivud və Karson bir sıra cinayətlərin səbəbkarıdır.

Artyom Qasparyan qarət törətməkdə və son bir neçə həftə ərzində törədilmiş kriminal xarakterli digər cinayətlərdə şübhəli bilinir. Polis həmin cinayətkarı 37 yaşlı, qarasaçlı, boyu 57 metr, çəkisi isə 170 kq olan biri kimi təsvir edir. Los-Anceles polisinin məlumatına görə, o, silahlı və təhlükəlidir.


Los-Anceles polisinin təsvir etdiyi Artyom Qasparyan

Tags:  Qəbirstanlığa gələn ermənilər öldürüldü


RƏYLƏR


Top news