Bakıda iki mənzildə yanğın oldu

Bakıda iki mənzildə yanğın oldu
22:04 4 Yanvar 2016
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda iki yanğın hadisəsi baş verib.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nəsimi rayonunda dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində vətəndaşa  məxsus ümumi sahəsi 40 kv.m olan 2 otaqlı mənzilin 1 otağında taxtadan ibarət divar şkafında geyim əşyaları 3 kv.m sahədə yanıb. Mənzil yanğından mühafizə  olunub.

 

Paytaxtın Nizami rayonunda isə çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 146 kv.m olan 3 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 16 kv.m sahədə və eyvanında taxta konstruksiyadan ibarət şkaf 4 kv.m sahədə yanıb. Yüksək temperaturdan elektrik qızdırıcısı, plastik qapı və pəncərə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227461

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR