Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Daha üç ölkə İrandakı səfirini geri çağırıb

Daha üç ölkə İrandakı səfirini geri çağırıb

Date: 4 January 2016 22:08


Bakı, 4 yanvar, AZƏRTAC
Səudiyyə Ərəbistanından sonra Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Sudan da Tehrandakı səfirlərini geri çağırıb. Bu diplomatik gərginliyə Riyadda tanınmış şiə ruhanisinin edam edilməsi səbəb olub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanına dəstək olaraq Bəhreyn və Sudan yanvarın 4-də İran ilə diplomatik əlaqələrini kəsdiklərini bəyan edib. Bu ölkələr də İrandakı səfirlərini geri çağırıb.
Şiə ruhanisi Şeyx Nimr əl-Nimrin edam edilməsindən sonra Səudiyyə Ərəbistanının Tehranda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinə qarşı cavab hücumları həyata keçirilib.
Rəsmi Riyad ilə sıx əlaqələrə malik olan Bəhreyn İran diplomatlarına ölkəni tərk etmək üçün 48 saat vaxt verib.
Tehrandakı səfirini geri çağıran Birləşmiş Ərəb Əmirlikləri bu ölkədə akkreditə olunan iranlı diplomatların sayını azaltmaq istədiyini bəyan edib.
Bir sıra müsəlman ölkələrində, o cümlədən Bəhreyndə şiə icması ilə polis arasında qarşıdurmalar baş verib.

Tags:  üç ölkə İrandakı səfirini geri çağırıb


RƏYLƏR


Top news