Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bərdədə VAZ-la “Mercedes” toqquşdu: 3 yaralı

Bərdədə VAZ-la “Mercedes” toqquşdu: 3 yaralı

Date: 4 January 2016 22:29

Bərdədə yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın Qarabağ müxbiri xəbər verir ki, hadisə Bərdə- Yevlax yolunun Cəyirli kəndi ərazisindən keçən hissəsində baş verib.

 

1986-ı il təvəllüdlü Rəşad Məmmədovun idarə etdiyi 01 BP 528 dövlət nömrə nişanlı avtomobil 1980-cı il təvəllüdlü Rəşad Yadigarovun idarə etdiyi 90 SV 540 dövlət nömrə nişanlı “Mercedes” markalı maşınla toqquşub.

 

Nəticədə hər iki sürücü və VAZ-2106 markalı maşında olan sərnişin, 1988-ci il təvəllüdlü  Fərqanə Məmmədova müxtəlif bədən xəsarəti ilə Bərdə MRX-na çatdırılıb.




Tags:  Bərdədə VAZ-la Mercedes toqquşdu yaralı

RƏYLƏR


Top news