Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Netçilərin Türkmənistanda tapılan cəsədləri Bakıya gətirildi

Date: 4 January 2016 22:31

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən daha ikisinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.

Axşam.az APA-ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən verilən məlumatda bildirilir.

Məlumat daxil olduqdan sonra meyitlərin gətirilməsi üçün bu gün səhər Türkmənistana yola düşən FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi geri qayıdıb.

Neftçilər Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğlunun nəşləri Vətənə gətirilib və aidiyyətı üzrə təhvil verilib.

Tags:  Netçilərin Türkmənistanda tapılan cəsədləri Bakıya gətirildi

RƏYLƏR


Top news