Ronaldo: "Mən çox bədbəxtəm..."

Ronaldo: "Mən çox bədbəxtəm..."
22:31 4 Yanvar 2016
150 İdman
Ölkə mətbuatı
A- A+

Sərvəti 1 milyard avro olan və lüks içində bir həyat sürən Kriştiano Ronaldo özünü bədbəxt sayır.

ANS PRESS-in məlumatına görə, məşhur futbolçu həyatından razı deyil. Pulunu ürəyincə xərcləyə bilmədiyini vurğulayan Ronaldo, sahib olduqlarının mənasız olduğunu deyir: "Sahib olduğum heç nəyin mənası yoxdur, çünki mənim üçün əsas ailədir, mənsə, ailəmə vaxt ayıra bilmirəm. Təqaüdə çıxanda futboldan tamamilə uzaqlaşacam".

Futbolçu həyatı haqqında danışaraq, vurğulayıb: "Varlıyam, yaraşıqlıyam, çox yaxşı futbolçuyam. Elə bu səbəbdən də məni sevənlər çox olduğu qədər, mənə nifrət edənlər də az deyil".

Real Madrid ulduzu 2015-ci ildə 148 milyonluq sərvətini 62 milyon daha artıraraq, 210 milyon avroya çatdırıb. 30 yaşlı futbolçunun vergi və bank hesablarını da toplasaq, 1 milyard avroluq sərvətinin olduğunu demək olar.


Kriştiano Ronaldo yeni villasını göstərir


Milyonlarla avroya, evlərə, qarajında 14 lüks maşına sahib olan portuqaliyalı ulduz, buna baxmayaraq həyatından şikayətçidir. Belə ki, fevral ayında 31 yaşı olan superstar təqaüdə çıxdığı andan etibarən idman dünyasından tamamilə uzaqlaşacağını, vaxtını yalnız ailəsinə, övladına ayıracağını, məşqçilik etmək istəmədiyini bildirib.



Kriştiano Ronaldo - Real Madrid futbol klubunun oyunçusu və Portuqaliya yığmasının kapitanı olan portuqaliyalı futbolçusudur. Ronaldo karyerasına gənc oyunçu kimi Andorinha klubunda başlayıb. 2 ildən sonra C.D. Nasional klubuna keçib. Ronaldo 2007-ci ildə ilin ən gənc, yaxşı futbolçusu mükafatını alıb. 2008 və 2013-cü illərdə Qızıl top mükafatını qazanıb.

Portuqaliyalı futbolçu 2010-cu ildən 2015-ci illərədək rusiyalı model İrina Şeyk ilə sevgili olub, ondan bu ilin əvvəlində ayrılıb. İrina ilə 5 illik sevgili olduğu müddəti futbolçu, həyatının uğursuz dövrü adlandırıb. Ronaldonun 5 yaşında bir oğlu var.


Kriştiano Ronaldo və İrina Şeyk

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=368849

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR