Əfqanıstanda Hindistan konsulluğunun yaxınlığında baş verən atışma nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb

Əfqanıstanda Hindistan konsulluğunun yaxınlığında baş verən atışma nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb
22:32 4 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+

Əfqanıstanın Məzari-Şərif şəhərində Hindistan konsulluğunun yaxınlığında naməlum silahlılar və əfqan polisi arasında atışma baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 1 nəfər ölüb, 9 nəfər yaralanıb.
 
"Pajhwok" xəbər agentliyinin məlumatına əsasən, hücumda azı 6 silahlı iştirak edib. Silahlıların yaxınlıqdakı binaların birində gizləndiyi bildirilir. Hazırda silahlıların zərərsizləşdirilməsi istiqamətində tədbirlər görülür.
 
İnsidentə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/395224.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR