Azərbaycanda polis qəzaya düşdü, yaralılar var (FOTO)

Azərbaycanda polis qəzaya düşdü, yaralılar var (FOTO)
22:46 4 Yanvar 2016
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Yevlax-Ağdam-Laçın magistralının 21-ci km də, yolun Bərdə rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Bərdə istiqamətində hərəkət edən "Mersedes" markalı avtomobillə qarşıdan gələn VAZ-2106 toqquşub.

Zərbə nəticəsində yararsız hala düşən avtomobillərdəki 3 nəfər ağır yaralanıb. VAZ-2106-da olan 29 yaşlı Rəşad Məmmədov və 27 yaşlı Fərqanə Məmmədova Bərdə MRX-na çatdırılıb.

Digər avtomobildə olan 35 yaşlı Rəşad Yadigarov əzilmiş avtomobilin içərisində sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə FHN-nin xilasediciləri gəlib. Avtomobil xüsusi alət və avadanlıq vasitəsiylə kəsilərək içərisində olan yaralı çıxarılıb. Bərdə rayon Polis Şöbəsinin əməkdaşı olan Rəşad Yadigarov da xəstəxanaya gətirilib.


Yaralı Rəşad Yadigarov

Yaralılara tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olan Rəşad Məmmədov reanimasiya şöbəsinə yerləşdirilib. Digər iki yaralının müalicəsi xəstəxananın travmatologiya şöbəsində davam etdirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi əməkdaşları araşdırma aparır. Qəzanın səbəbləri də araşdırmalardan sonra bəlli olacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368860

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR