Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Avtomobil körpüdən çaya düşüb, 2 nəfər ağır xəsarət alıb - FOTO

Avtomobil körpüdən çaya düşüb, 2 nəfər ağır xəsarət alıb - FOTO

Date: 4 January 2016 22:57

Ağsu rayonunda yolun buz bağlaması avtomobilin çaya düşməsinə səbəb olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu şəhəri ərazisindən keçən hissəsində, Ağsuçayın üzərindəki körpüdə qeydə alınıb.
 
Şamaxı rayon sakini Hamlet Bünyatov özünə məxsus 19-BA-009 dövlət nömrə nişanlı "VAZ 2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və maşın Ağsuçayın üzərindəki körpünün kənarındakı dəmir məhəccəri qıraraq və elektrik dirəyini aşıraraq çaya düşüb.
    
Yeddi metr hündürlükdən Ağsuçaya düşən avtomobil tamamilə əzilərək yararsız hala düşüb. Hadisə nəticəsində sürücü Hamlet Bünyatov və sərnişini 1980-ci il təvəllüdlü Bünyatov Amil Qulaməli oğlu Ağsu Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Hazırda hər iki yaralının vəziyyəti ağır olaraq qalır. İlkin məlumata görə hadisəyə yolun buz bağlaması və avtomobilin sürətlə hərəkət etməsi səbəb olub.
   
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az








Tags:  Avtomobil körpüdən çaya düşüb nəfər ağır xəsarət alıb FOTO

RƏYLƏR


Top news