İran Ermənistanla əməkdaşlığı gücləndirir (FOTO)

İran Ermənistanla əməkdaşlığı gücləndirir (FOTO)
23:21 4 Yanvar 2016
59 Digər
Ölkə mətbuatı
A- A+

İran təbii qazın Gürcüstana nəqlinə dair danışıqlar aparır.

ANS PRESS-in məlumatına görə, rəsmi Tehranla Tbilisi arasında sözü gedən, təbii qazın Ermənistan ərazisindən keçərək Gürcüstana ötürülməsi planlaşdırılır.

“National Iranian Gas Company (NIGC)”nin rəsmi nümayəndəsi Əli Rəzi Kamelinin sözlərinə görə, - “danışıqlar uğurlu nəticələnərsə, biz İran qazını Ermənistan sərhədinə çatdırmalı, Gürcüstan da Ermənistanla sərhəddən qazı almalıdır. İlk öncə bu müqavilənin bağlanması Gürcüstan üçün iqtisadi cəhətdən sərfəli olmalıdır”.

Razılıq əldə edilərsə, ötürüləcək təbii qazın həcmi 300 milyon kubdan 500 milyon kub futa qədər ola biləcəyi deyilir.


İran təbii qaz infrastrukturu.

Kameli onu da vurğuladı ki, nəqli planlaşdırılan qaz Gürcüstanın daxili tələblərini ödəmək üçün nəzərdə tutulub, Avropa İttifaqı ölkələrinə nəqli nəzərdə tutulmur.

Şirkət rəsmisi həmçinin onu da bildirdi ki, qaz kəməri vasitəsilə Avropaya iran qazının nəqli məsələsi gündəlikdə deyil, çünki Ai-yə təbii qazın tədarükü kifayət qədərdir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368836

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR