"Sumqayıt"ın iki rəqibi müəyyənləşdi

"Sumqayıt"ın iki rəqibi müəyyənləşdi
23:27 4 Yanvar 2016
26 İdman
Ölkə mətbuatı
A- A+

"Sumqayıt" Premyer Liqanın III dövrəsi üçün hazırlığa start verir. Fanat.az xəbər verir ki, Samir Abbasovun rəhbərlik etdiyi komanda yanvarın 5-dən etibarən təlim-məşq toplanışının birinci mərhələsinə start verəcək. 

"Sumqayıt" sabah saat 14.00-da "Kapital Bank Arena"da yeni ildə ilk məşqinə çıxacaq. Komanda hazırlıq mərhələsinin birinci mərhələsində 3 yoxlama oyunu keçirməyi planlaşdırır. 

Artıq 2 yoxlama oyununun tarixi məlumdu. Komanda yanvarın 9-da saat 11.00-da doğma meydanda "Şərurspor"u qəbul edəcək. Həmin gün saat 16.00-da isə "Sumqayıt" AZAL-la səfərdə qarşılaşacaq.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotsumqaytquotn-iki-rqibi-muyynldi-t46572.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR