Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Darçınla alma çayı. Çox faydalı!

Darçınla alma çayı. Çox faydalı!

Date: 4 January 2016 23:27

Alma çayı bir çox ölkələrdə ən populyar içkilərdən biri sayılır. Belə hesab olunur ki, bu çayın vətəni Türkiyədir.

Milli.Az saglamolun.az-a istinadən xəbər verir ki, bu çay orqanizmə çox müsbət təsir edir:
- mübadilə proseslərini aktivləşdirir
- orqanizmdən toksinləri xaric edir
- ödemləri azaldır, su-duz balansını normallaşdırır
- iştahı azaldır (Bu, xüsisilə arıqlamaq istəyən insanlar üçün vacibdir)
- qanda xolesterinin səviyyəsini azaldır
- soyuqdəymə zamanı yaxşı kömək edir
- iltihabları azaldır.

Bu çayın müxtəlif hazırlanma üsulları mövcuddur. Ənənəvi alma çayı belə hazırlanır:

1. İri alma yaxşı yuyulur, xırda tikələrə doğranılır, üzərinə 1/2 l qaynar su tökülür, odun üzərinə qoyulur.
2. Qaynara düşəndə oddan götürülür və 1 çubuq darçın əlavə olunur.
3. Daha sonra 30 dəqiqə ərzində qapağı bağlı qazanda dəmlənilir, süzülür və zövqə görə təzə dəmlənmiş qara və ya yaşıl çayla qarışdırılır.
4. İçməzdən əvvəl çaya bal və ya şəkər tozu əlavə olunur.

Milli.Az


Tags:  Darçınla alma çayı Çox faydalı

RƏYLƏR


Top news