"Kösəm Sultan”ın sürücüsü 5 milyon uddu (FOTO)

"Kösəm Sultan”ın sürücüsü 5 milyon uddu (FOTO)
23:31 4 Yanvar 2016
113 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur serialı “Möhtəşəm yüz il: Kösəm Sultan”-da baş verən hadisə ölkənin gündəminə çevrilib.

ANS PRESS-in məlumatına görə, serialın rəhbərliyi yeni il hədiyyəsi olaraq heyət üzvlərinə "Milli piyanqo" lotoreya bileti verib.

Əvvəl biletlər bütün əməkdaşlara verilməyib. Sonra ədalətsizlik olmasın deyə biletlər hətta sürücülərə də paylanılıb.


“Möhtəşəm yüz il: Kösəm Sultan” serialı

Lotoreyalardan biri qalib gəlib. 5 milyon türk lirəsi (2679 AZN) ilə mükafatlandırılan qalib Beren Saatın Selçuk adlı sürücüsü olaraq tanınır. O, aktrisanın şəxsi sürücüsü olmasa da, film çəkilişləri zamanı aktrisanı maşını ilə aparıb gətirir.



Beren Saat ötən ilin dekabr ayından serialda baş rolu canlandırır. O, Kösəm Sultanın gənclik dövrünü canlandırır. Beren Saat serialda gənc aktrisa Anastasiya Thsilmpounu əvəz edib. B.Saat dekabrın 24-də serialın 7-ci bölümündən heyətə daxil olub.


"Möhtəşəm yüz il: Kösəm Sultan"ın 7-ci hissəsinin anonsu

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=368840

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR