Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Özünüz geyinib-qurşandınız, bəs maşın? - VİDEO

Özünüz geyinib-qurşandınız, bəs maşın? - VİDEO

Date: 4 January 2016 23:32

Havaların soyuq keçməsi avtomobillərin baxımında daha həssas olmağı tələb edir. Xüsusilə, şaxtalı hava rezin detallara daha çox təsir edir və onların sıradan çıxmasını sürətləndirir. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, bununla bağlı mütəxəsislərin müəyyən tövsiyələri var.

Şaxtalı havalar avtomobillərin rezindən olan detallarına mənfi təsir göstərir. Soyuq havalar rezinlərin donmasına,daha sonra isə çatlayaraq sıradan çıxmasına səbəb olur. Mütəxəsislər deyir ki, artıq vaxt keçmiş avtomobillərin rezin detalları hökmən yenilənməlidir.

Dəmir hissələrdəki nasazlıq hərəkət zamanı çıxan kənar səslərdən daha tez bilinir. Rezin isə yumşaq olduğundan əksər hallarda yalnız ustaya gətiriləndə aşkar edilir. Rezin detallar ön və arxa işlək hissələrdə üstünlük təşkil edir.

Milli.Az


Tags:  Özünüz geyinib-qurşandınız maşın VİDEO


RƏYLƏR


Top news