Dəriyə faydalı vitaminlər bu qidalarda var - SİYAHI

Dəriyə faydalı vitaminlər bu qidalarda var - SİYAHI
23:52 4 Yanvar 2016
70 Sosial
Ölkə mətbuatı
A- A+

"Hansı vitaminlər dəri üçün faydalıdır?" - deyə soruşursunuzsa, A, B3, B9, C və E vitaminlərinin faydalarını bilməlisiniz. 

Milli.Az lent.az-a istinadən dəriyə faydalı vitaminləri və onlarla zəngin qidaların siyahısını təqdim edir.
 
Yaşlanma müddətini yavaşladan A vitamini
 
A vitamini dərinin kollagen ifrazını artırır, elastikliyini yenidən qazanmasına yardımçı olur. Günəş ləkələrinin getməsinə yardım edir. Qidalardan yumurta, süd, pendir, kərə yağı, qaraciyər, portağal, şaftalı, ərik, kələm, brokkoli, ispanaq, bibər A vitamini ilə zəngindir.
 
Anti-aging üçün C vitamini
 
Dərinin toxumasını qoruyan kollagen ifrazını artırır. Qocalıq ləkələrinin rəngini azaldır. Portağal, limon, qreypfrut, naringi, kivi, çiyələk, quşburnu, gilas, brokoli, bibər və cəfəri C vitamini ilə zəngindir.
 
Dəri qırışlarına qarşı E vitamini
 
Güclü antioksidant olan E vitamini dərini günəş şüalarının təsirindən qoruyur. Buğda, yulaf, yaşıl tərəvəz, zeytun, qoz, fındıq, badam, fıstıq, quru ərik, kivi, manqoda olur. 
 
Hüceyrə yeniləyən B3 və B9 vitaminləri
 
Dəriyə ehtiyacı olan nəmi saxlama bacarığını B3 vitamini verir. B9 vitamini isə hüceyrə yeniləyicidir. B3 balıqda və qırmızı ətdə, B9 isə yaşıl yarpaqlı tərəvəzlərdə, quru paxlalılarda, narıncıkimilərdə, qaraciyərdə, yumurtada, fıstıqda və badamda olur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/395136.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR