Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İran və Azərbaycan avtomobil istehsalı və istismarı sahəsində əlaqələrin inkişafını müzakirə edəcək - FOTO

İran və Azərbaycan avtomobil istehsalı və istismarı sahəsində əlaqələrin inkişafını müzakirə edəcək - FOTO

Date: 5 January 2016 00:17

Azərbaycan avtomobil sahəsində əməkdaşlıq üçün yaxşı üstünlüklərə malikdir.

Milli.Az bildirir ki, bunu İranın avtomobillər üzrə siyasətin müəyyənləşdirilməsi Şurasının katibi Sasan Qurbani APA-ya açıqlamasında bildirib.
 
S.Qurbani deyib ki,  İran qonşu ölkələrlə, xüsusi ilə Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır: "Bizim üçün qonşularla əməkdaşlıq strateji bir məsələdir. Azərbaycanın qonşu ölkələr arasında özünə məxsus yeri var. Düşünürəm ki, Beynəlxalq Avtomobil Sənayesi Seminarı çərçivəsində əlaqələrimizin inkişaf etdirilməsi üçün yeni imkanlar əldə olunacaq. İkitərəfli və çoxtərəfli görüşlərimizdə iki ölkə arasında avtomobil istehsalı və istismarı sahəsində əlaqələrin inkişafını müzakirə edəcəyik". 
 
S.Qurbani bildirib ki,  indiyə kimi Yaponiya, Avstriya, Fransa, İtaliya, Türkiyə və Almaniya avtomobil şirkətlərinin İran bazarında öz məhsullarını satışa çıxaracağı barədə razılıq əldə olunub: "Sanksiyaların ləğvi ilə İran bazarında daha çox ölkələr öz məhsullarını satışa çıxaracaq".
 
Qeyd edək ki, Beynəlxalq Avtomobil Sənayesi Seminarı 28 fevral - 2 mart tarixində Tehranda keçiriləcək.

Milli.Az



Tags:  İran Azərbaycan avtomobil istehsalı istismarı sahəsində əlaqələrin inkişafını müzakirə edəcək FOTO



RƏYLƏR


Top news