Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Heydər Əliyev Sarayında Yeni il şənlikləri keçirilib

Date: 5 January 2016 00:18


Bakı, 5 yanvar, AZƏRTAC
Yanvarın 2, 3, 4 – də Heydər Əliyev Sarayında uşaqlar üçün “Nağıl qəhrəmanlarının səyahəti” adlı Yeni il şənlikləri keçirilib.
AZƏRTAC xəbər verir ki, “Nağıl qəhrəmanlarının səyahəti” adlı nağıl - tamaşada balacalar Cırtdan və dostlarının (Qırmızı papaq, Buratino, üç keçi balası və s.) başına gələn yeni il sərgüzəştlərinin şahidi olublar.
Maraqlı və yaddaqalan Yeni il şənliyində uşaqlar Şaxta baba və digər nağıl qəhrəmanları ilə birgə maraqlı, rəngarəng, interaktiv tamaşanın iştirakçısı olublar və əyləncəli dəqiqələr keçiriblər.

Tags:  Heydər Əliyev Sarayında Yeni il şənlikləri keçirilib


RƏYLƏR


Top news