Almaniyadan İran və Səudiyyə Ərəbistanına çağırış

Almaniyadan İran və Səudiyyə Ərəbistanına çağırış
00:36 5 Yanvar 2016
47 Digər
Ölkə mətbuatı
A- A+

Bir neçə ölkə Səudiyyə Ərəbistanı ilə İran arasında yaranan gərginliyin sona çatdırılması üçün vasitəçilik etməkdə hazır olduqları barədə açıqlama verib.

ANS PRESS-in məlumatına görə, Almaniya Səudiyyə Ərəbistanı ilə İran arasında yaranan gərginliyin sona çatdırılması üçün hər iki ölkə rəsmiləri arasında görüş təşkil etməyi təklif edib.

Almaniyanın hökumət sözçüsü Steffen Seibert qeyd edib ki, - "biz Almaniya olaraq hər iki ölkəyə də ikitərəfli əlaqələrin yenidən bərpa edilməsi üçün dialoq çağırışı edirik".

İran və Səudiyyə Ərəbistanı arasındakı əlaqələrin başda Suriya böhranı və Yəmən olmaqla regional problemlərin həlli baxımından əhəmiyyətli olduğunu qeyd edən Alman Spikeri, "Bu səbəblə diplomatik kanalların açıq tutulmasının lazım olduğunu düşünürük" deyib.

Almaniyada müxalifət partiyalarının Səudiyyə Ərəbistanına alman silahlarının satışının dayandırılması istiqamətindəki tələbləri nəzərə alınmayıb. Almaniya hökuməti Səudiyyə Ərəbistanına silah satışının dayandırılması haqqında hər hansı bir qərarın olmadığını bildirib.

Son məlumatlara görə, Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmisi qeyd edib ki, İran və Səudiyyə Ərəbistanı arasındakı edam böhranının həllinə yardım etmək üçün vasitəçilik vəzifəsini öz üzərinə götürməyə hazırdır.

Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi yanvarın 2-də terrorçuluqda ittiham edilən 47 nəfəri edam etdikdən sonra . Səudiyyə Ərəbistanı və İran arasında münasibətlərdə gərinlik yaranıb


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368861

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR