Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Güclü qar və çovğun səbəbindən Kutaisi və Batumi hava limanları müvəqqəti bağlanıb

Güclü qar və çovğun səbəbindən Kutaisi və Batumi hava limanları müvəqqəti bağlanıb

‘Relations between Nakhchivan and Batumi are developing’ (09 November 2016 14:46)

Date: 5 January 2016 01:03


Tbilisi, 5 yanvar, AZƏRTAC
Gürcüstana yağan aramsız qar və çovğun, şaxtalı hava ciddi problemlər yaradıb. Batumi və Kutaisi hava limanlarında uçuşlar dayandırılıb.
Yanvarın 3-də Təl-Əvivdən Batumiyə uçan təyyarə əlverişsiz hava şəraitinə görə Kutaisiyə də enə bilməyib və Tbilisidəki Şota Rustaveli beynəlxalq hava limanına eniş edib. Batumi və Kutaisi istiqamətində uçuşlar təxirə salınıb.
Güclü qar səbəbindən Cameqrelo-Zemo Cvaneti bölgəsinə elektrik enerjisinin verilməsi dayandırılıb. Hazırda bu bölgədə 2300-dən çox insan işıqsız qalıb.
Çovğun və qar uçqunu səbəbindən qərb bölgəsində magistral yollarda avtomobillərin hərəkəti tam dayandırılıb. Gürcüstandan Rusiyaya gedən magistral yol da bağlanıb.
Gürcüstanın müvafiq strukturları yolların təmizlənməsi və yolda qalan avtomobillərin təhlükəsiz ərazilərə çıxarılması istiqamətində təxirəsalınmaz tədbirlər görürlər.
Azərbaycan, Türkiyə, İran və digər ölkələrdən Gürcüstana gələn avtomobillərin mənzil başına çatmaları üçün lazımi işlər həyata keçirilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Tags:  Güclü qar çovğun səbəbindən Kutaisi və Batumi hava limanları müvəqqəti bağlanıb



RƏYLƏR


Top news