Regionda ciddi müharibə təhlükəsi (VİDEO)

Regionda ciddi müharibə təhlükəsi (VİDEO)
01:11 5 Yanvar 2016
40 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın diqqət mərkəzi Səudiyyə Ərəbistanı ilə İran arasında baş verən toqquşmaya yönəlib. Bu toqquşmanı təhlükəli edən məqamlardan biri də bu münaqişəyə təriqətçilik donunun geyindirilməsidir.

Çünki, bu proses baş verərsə, artıq münaqişə iki dövlət arasındakı münaqişə yox, İslam dünyasının münaqişəsinə çevrilə bilər. Bəs, bu baş verəcəkmi?

Politoloq Tofiq Abbasov “Nəzər Nöqtəsi”nin qonağı olub.

- Yəqin ki, bu prosesdə artıq günahkar hansı tərəfdir sualına cavab axtarmaq mənasızdır. Çünki hadisə artıq baş verib. Məhz bu böhran təriqətlərin toqquşmasıdır, yoxsa regionda güc uğrunda mübarizə?

– Əslində dünyada elə qüvvələr var ki, çoxdandır ki, o təriqətlərin toqquşmasını həm arzulayırlar, həm də gerçəkləşdirmək istəyirlər. Hesab edirəm ki, bu baş verənləri gərək biz sırf giyosiyasi müstəvidə nəzərdən keçirək. Çünki islam dünyasında, ümumiyyətlə Yaxın Şərqdə hansı dövlətin mövqeyi daha güclüdür, hansı ölkə gələcəyin konturlarını cızıb və s. bu kimi suallar artıq gündəmdədir. Bir neçə ildir ki, Səudiyyə Ərəbistanı, İran, Türkiyə arasında bu liderlik iddiası müəyyən edilməkdədir. Məsələ burasındadır ki, Səudiyyə Ərəbistanı ilə İran arasında gedən bu qarşıdurma uzun illərdir ki, davam edir. Hələ İranda şah rejimi dönəmində bu iki ölkə arasında rəqabət vardı. O dönəmdə həm İran şahı, həm də Səudiyyə Ərəbistanı Amerika Birləşmiş Ştatlarına daha yaxın idi. Məhz körfəzdə şelfin müəyyən edilməsində, yəni hansı ölkənin hansı çıxışlara sahib olması və s. bu kimi ixtilaflar vardı. Lakin bu ixtilaflar qısa bir zamanda öz həllini tapmışdı. Ancaq İranda İslam İnqilabı baş verdikdən sonra artıq bu iki ölkə açıq şəkildə mübarizə yoluna çıxdılar.

Xatırladım ki,1980 və 1988-ci illərdə İranla İraq arasında amansız bir müharibə gedirdi. Məhz Səudiyyə Ərəbistanı İraq hökümətinə rəsmi Bağdada həm maddi, həm də silah-sursat baxımından kömək etdi. Məhz onda o, islam inqilabının xofu bu ölkələrdə baş qaldırmışdı. Onlar istəyirdilər ki, İran presidenti bir növ dəf edilsin. Lakin bu baş vermədi. Qeyd edim ki, İran-İraq müharibəsi zamanı İraqın 19, İranın isə Suriya olmaqla bir müttəfiqi vardı. O dövrdə də indi biz müşahidə etdiyimiz qarşıdurmanın təməli qoyulmuşdur.

- Hər zaman bu iki dövlət arasında münaqişlər, münasibətlər gərgin olub. Amma niyə məhz bu ərəfədə bu münaqişə yenidən qızışdırıldı. Çünki artıq Avropa İrana qoyduğu embarqonu da götürdü. Hardasa həm Səudiyyə Ərəbistanı, həm də İranın Avropaya yanaşmasında bir loyallıq vardı. Niyə bu ərəfədə Səudiyyə Ərəbistanı ilə İran arasında bu şəkildə toqquşma başladı?

– Bu mərhələli qarşıdurmanın özünün tarixçəsi var. 2009 və 2010-cu ilin əvvələrində “Ərəb baharı” başlar-başlamaz Səudiyyə Ərəbistanının tanınmış diplomatı Bəndər bin Sultan məxfi şəkildə Livanda fəaliyyət göstərən “Hizbullah” təşkilatına zərbə edirməyi qərara almışdı. Həmin dövrdə 3 mindən artıq silahlı Livan ərazisində, Fələstin düşərgələrində yerləşdirilmişdi. Amma həmin əməliyyat baş tutmadı. Nəticədə “Hizbullah” təşkilatı özünü qoruya bildi. Deyilənlərə görə, məxfi əməliyyatın baş tutmaması məhz İranın kəşfiyyatının cevik tərpənməsindən irəli gəlib. Artıq o zamandan bəlli idi ki, bölgədə bu iki dövlət arasında gərgin mübarizə gedir. Səudiyyə Ərəbistanı Liviyada hakimiyyətin devrilməsində yaxından iştirak edib. Suriyada isə bunu gerçəkləşdirə bilmədi. Sirr deyil ki, bu proseslərdə İranın bilavasitə iştirakı vardı. Iran hər zaman öz müttəfiqlərini qoruyub saxlaya bilirdi. Bu günə qədər də saxlaya bilir.

Müsahibəyə daha ətraflı aşağıdakı video materiallarda baxa bilərsiniz:




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368863

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR