​Rusiya Ukrayna mallarının tranzitini tamamilə dayandırıb

​Rusiya Ukrayna mallarının tranzitini tamamilə dayandırıb
01:17 5 Yanvar 2016
25 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 yanvar. REPORT.AZ/ Rusiya Ukrayna mallarının tranzitini tamamilə dayandırıb və artıq heç bir daşınma həyata keçirilmir.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın İqtisadi İnkişaf və Ticarət Nazirliyinin saytında məlumat yerləşdirilib.
"Ukraynanın İqtisadi İnkişaf və Ticarət Nazirliyi xəbər verir ki, 4 yanvar 2016-ci il tarixinə olan vəziyyətə görə, Rusiya Federasiyası öz ərazisindən Ukrayna mallarının tranzitini tamamilə dayandırıb. Rusiya tərəfi bununla da öz öhdəliklərini, xüsusilə də, Ümumdünya Ticarət Təşkilatı və 18.10.2011-ci il tarixli azad ticarət zonası haqqında müqavilə çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozmuş olub", — deyə məlumatda bildirilir.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/rusiya-ukrayna-mallarinin-tranzitini-tamamile-dayandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR