Azərbaycan XİN təkzib etdi

Azərbaycan XİN təkzib etdi
01:31 5 Yanvar 2016
32 Digər
Ölkə mətbuatı
A- A+

İnternet mediada və bəzi bloqlarda guya bağlanacaq diplomatik nümayəndəliklərin təqdim olunan siyahısı obyektivlikdən kənardır və qeyri - ciddidir. Bu kimi yoxlanılmamış xəbərlərin yayılması Azərbaycanın uzun müddət ərzində digər dövlətlərlə qurduğu diplomatik əlaqələrinə xələl gətirə bilər.

Bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev kütləvi informasiya vasitələrinə açıqlamasında bildirib.

H.Hacıyev deyib ki, ilk növbədə bu məsələdə yekun qərar qəbul edilməyib. Bu barədə qərarların qəbul edilməsi diplomatik münasibətlərdə qarşılıqlılıq və siyasi yanaşmalar da daxil olmaqla ciddi və dəqiq şəkildə nəzərdən keçirmə tələb edir. Hazırda hökumət tərəfindən bu məsələyə ciddi şəkildə baxılır.

İkincisi, burada bilavasitə səfirliklərin bağlanması müzakirə mövzusu deyil. Xərclərə qənaət və işin rasionallaşdırılması məqsədilə diplomatik nümayəndəliklərin fəaliyyətinin mövcud reallığa uyğunlaşdırılması və ya ştat vahidlərinin azaldılması kimi məsələlər nəzərdən keçirilir.

O ki qaldı fəxri konsulluqlara, bu, gülüncdür. Xarici siyasətdən və diplomatiyadan xəbəri olan hər kəs bilir ki, fəxri konsullar özləri öz xərclərini ödəyir və dövlət büdcəsindən onların saxlanması üçün heç bir vəsait ayrılmır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368867

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR