İtaliyada bir həftədə beş hamilə qadının ölümü ajiotaja səbəb olub

İtaliyada bir həftədə beş hamilə qadının ölümü ajiotaja səbəb olub
01:58 5 Yanvar 2016
55 Digər
Ölkə mətbuatı
A- A+


Roma, 5 yanvar, AZƏRTAC
İtaliya hökuməti bir həftə ərzində beş hamilə qadının həyatını itirməsi faktı ilə bağlı genişmiqyaslı araşdırmalara başlayıb. Bu hal sağlam doğuşların sayına görə dünyada ön sıralarda olan İtaliyada böyük əks-səda doğurub.
İtaliya Səhiyyə Nazirliyi ölüm faktlarının qeydə alındığı dörd xəstəxanada araşdırılmaların aparılması üçün tədqiqat qrupları yaradıb. Səhiyyə naziri xanım Beatriçe Lorenzin bildirib ki, hamilə qadınların ölümü faktı ilə bağlı müvafiq xəstəxanalarda həkimlərin nə dərəcədə təqsirkar olduqlarını dəqiq araşdırmağa çalışacaqlar.
Qeyd edək ki, İtaliya uşaq sahibi olmaq istəyənlər üçün ən təhlükəsiz ölkələrdən biri hesab olunur. Bununla belə son illərdə doğuşların sayı kəskin şəkildə azalıb. Təkcə ötən ilin əvvəlində Səhiyyə Nazirliyi xəbərdarlıq edib ki, İtaliya getdikcə “ölü” ölkəyə çevrilir. Belə ki, 2014-cü ildə 509 min uşaq dünyaya gəlib, bu da 1870-ci ildən bəri ən aşağı göstəricidir.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Italiyada_bir_heftede_bes_hamile_qadinin_olumu_ajiotaja_sebeb_olub-916074

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR