Zidan "Real Madrid"in baş məqşçisi oldu

Zidan "Real Madrid"in baş məqşçisi oldu
02:01 5 Yanvar 2016
56 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya La liqasında uğursuz günlər keçirən "Real Madrid"də Rafael Benitezin vəzifəsinə xitam verilib.

Klub prezidenti Florentino Perezin rəhbərliyi ilə keçirilən fövqəladə toplantıda idarə heyəti təcrübəli baş məşqçi ilə yollarını ayırıb.

ANS PRESS-in məlumatına görə, mətbuat konfransında prezident Florentino Perez Zinəddin Zidanı komandanın yeni baş məşqçisi olduğunu açıqlayıb.

"Zinəddin Zidan bu vəzifə üçün uzun zamandır məşq edirdi. Onun üçün qeyri-mümkün deyə bir söz yoxdur. Bunun altından qalxacaq", deyə Perez bildirib.

Dünya futbolunun canlı əfsanəsi Zidan mətbuat konfransında qeyd edib ki, - "bu gün mənim üçün oyunçu olaraq Reala imza atdığım gündən daha da həyəcanlı bir gündür. Bütün ürəyimlə bu klub üçün var olacağam. Klubun prezidentinə mni baş məşqçi təyin etdiyi üçün təşəkkür etmək istəyirəm. Bu il hər şeyin yaxşı olması üçün çalışacağıq. Sabahdan etibarən komanda ilə birlikdə işə başlayacağam və bu il kuboklar qazanmaq istəyirik".

Zidan italyalı baş məşqçi Carlo Ançelotti dövründə köməkçi məşqçi olaraq Real Madrid klubunda yer almışdı. Ancelotti-Zidan ilə birlikdə, Real Madridə 2013-2014 mövsümündə UEFA Çempionlar Liqası Çempionluğunu qazandırmışdı.

Bir müddət əvvəl Real Madrid tərəfdarları arasında aparılan anket sorğusuna əsasən "Yeni baş məşqçinin kim olmasını istəyərsiniz" sualına böyük əksəriyyət Zinəddin Zidan cavabını vermişdi.

Zidan fransalı futbolçu İspaniyanın "Real Madrid" futbol klubunun baş məşqçisi Karlo Ançelottinin köməkçisi, həmçinin BMT-nin xoşməramlı səfiridir. 2006-cı ildə futbolçu karyerasını başa vurub.

Karyerası ərzində, 1988-1992-ci illərdə Fransanın "Kann", 1992-1996-cı illərdə "Bordo", 1996-2001-ci illərdə İtaliyanın "Yuventus" və 2001-2006-cı illərdə isə İspaniyanın "Real Madrid" klublarında çıxış edib. Bu klublarla Zidan UEFA Çempionlar Liqasının, Avropa Superkuboku və Qitələrarası Kubokunun ikiqat qalibi, İspaniya çempionu, İspaniya Superkubokunun qalibi, İtaliyanın ikiqat çempionu və İtaliya Superkubokunun qalibi olub.


Zinəddin Zidan - "Real Madrid"in baş məşqçisi

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=368868

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR