I Avropa Oyunları zamanı wi-fi ilə təchiz ediləcək yerlərin adları açıqlanıb

16:12 30 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 16:09 ]

Bakı. Aynur Əliyeva - APA-Economics. 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarında növbəti yenilik açıqlanıb.

 

Yarışın Təşkilat Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, iyunun 12-28-də başa tutacaq bu cür çoxnövlü idman tədbirində ilk dəfə olaraq “bulud sistem” əsaslı dayanaqlığı və təhlükəsizliyi tətbiq olunacaq.

 

Belə ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, həmçinin yerli mobil operatorlarla birgə işləyən oyunların texnologiya komandası Bakının mobil internet şəbəkəsini genişləndirməklə yanaşı, bütün yarış məkanlarını və digər bəzi obyektləri yüksək sürətli internetlə təmin edib.

 

Bütün media otaqları, oturacaqlı, media tribunalar, fotosənədlər üçün yerlər və xüsusi foto mövqelər 10 Mb sürətli kabel internet ilə, media istirahət otağı, oturacaqlı və oturacaqsız media tribunlar, iş otaqları və I-Zona pulsuz Wi-Fi ilə təmin olunacaq.

 

Media kəndindəki bütün yaşayış otaqları, kafe/bar və media iş otaqları, Atletlər kəndindəki Media konfrans zalında da analoji hal yaşanacaq. Media yeməkxanasında isə Wi-Fi olmayacaq.

 

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi T-all nəqliyyat sistemindəki bütün şatl avtobusları da Wi-Fi ilə təchiz edəcək. Bu xidmət xüsusi olaraq, press və yayım şirkətlərinin nümayəndələri üçün nəzərdə tutulub və eyni anda 10 istifadəçinin bu xidmətdən birgə istifadəsi mümkün olacaq.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367770

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR