Türkiyədən Suriyaya silah daşınması məsələsi BMT-də müzakirə ediləcək

Türkiyədən Suriyaya silah daşınması məsələsi BMT-də müzakirə ediləcək
03:24 5 Yanvar 2016
26 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurası Türkiyə ərazisindən Suriyaya silah daşınması məsələsini müzakirə edəcək.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Təhlükəsizlik Şurasının hazırkı sədri, Uruqvayın BMT-dəki daimi nümayəndəsi Elbio Roselli bildirib.

 

Onun sözlərinə görə, görüş qapalı rejimdə keçiriləcək. “Yanvarın 5-də ümumi məsələlərin müzakirəsi çərçivəsində Türkiyə-Suriya sərhədindən silah-sursatın daşınması məsələsinə baxılacaq. Bu mövzuya dair məsləhətləşmələr Rusiyanın sorğusu əsasında baş tutacaq”, deyə E. Roselli qeyd edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227473

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR