Dünyada satılan fərdi kompyuterlərin 1 faizə yaxını 2016-cı ildə ən müasir virtual reallıq texnologiyasını dəstəkləyə biləcək. ANS PRESS-in məlumatına görə, bu barədə məşhur video adapter və videokard istehsalçısı olan "Nvidia" şirkəti məlumat yayıb.
Şirkətin hesablamalarına 2016-cı ildə istifadəçilərin alacağı 13 milyona yaxın fərdi kompyuter virtual reallığ avadanlıqlarının qoşula bilməsi üçün qrafikayla bağlı lazımı texniki tələblərə cavab verəcək. 2020-ci ildə isə belə kompyuterlərin sayı 100 milyona çatacaq.
Hazırda müxtəlif portativ virtual reallıq qurğularını smartfonlar və oyun konsollarında istifadə etmək mümkün olsa da, texnologiyanın ən son sözü olan “Okulus rift” kimi qurğudan istifadə üçün yalnız yüksək parametrləri olan fərdi kompyuter lazım gəlir.
Proqnozlara görə 2016-cı il virtual reallıq avadanlıqlarının satışında dönüş nöqtəsi olacaq.