ABŞ-da fond birjaları çökdü

ABŞ-da fond birjaları çökdü
05:21 5 Yanvar 2016
34 Digər
Ölkə mətbuatı
A- A+

Yanvarın 4-də Çinin ardınca ABŞ-da da fond bazarı çöküb. Dow Jones 2,5% ucuzlaşıb. Bu, 1932-ci ildən bəri Yeni ilin ilk günündə ən böyük azalmadır. Bloomberg iddia edir ki, ABŞ-da bazarların çökməsi son altı ildə istehsalın kəskin azaldığını əks etdirən statistik məlumatlarla bağlıdır. Bloomberg həmçinin qeyd edir ki, ilin ilk satışları bazarın gələcək davranışı üçün pis göstəricidir. Dow Jones Indices şirkətinin məlumatları göstərir ki, 50% olacağı halda bazar ili başladığı kimi başa vurur.

Xatırladaq ki, ötən gün Çinin fond bazarında da kəskin azalma olub. Ölkənin aparıcı fond indeksi olan Shanghai Composite-nin 7% ucuzlaşmasından sonra Şanxay Fond Birjasında satışlar dayandırılıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368875

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR