Ötən gün Fənərbaxça ilə Beşiktaşın oyunu zamanı futbolçu Əli Günəş ilə Əhməd Dursun arasında mübahisə yaranıb.
ANS PRESS-in məlumatına görə, tanınmış prodüsser Acun İlıcalının təşkil etdiyi 4 Böyüklər (Qalatasaray, Fənərbaxça, Beşiktaş, Trabzonspor) Salon Turnirində oyunun 53-cü dəqiqəsində Əli Günəşlə Əhmət Dursun arasında mübahisə zəminində yaranmış dava meydanda gərginliyə səbəb olub.
Əli Günəş və Əhmət Dursunun arasındakı mübahisəni komanda yoldaşları çətinliklə sakinləştirə biliblər. Hər iki futbolçuya qırmızı kart göstərilərək oyundan kənarlaşdırılıblar.