Olimpiya stadionu borca görə işıqsız qalıb

Olimpiya stadionu borca görə işıqsız qalıb
07:42 5 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Rio-de-Janeyro Olimpiya stadionu 250 min dollarlıq borca görə işıqsız qalıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, şəhər meriyası stadionda elektrik enerjinin kəsilməsini "Botafoqo" futbol klubunun borcu ilə əlaqələndirir. Klubun mətbuat xidməti isə, problemin şəhər rəhbərliyinin günahı ucbatından yarandığını bildirir.
 
Qeyd edək ki, 2016-ci ilin yayında adıçəkilən stadionda Yay Olimpiya oyunlarının yarışları keçiriləcək. Rio-de-Janeyro Olimpiya stadionu 2007-ci ildə Panamerika Oyunlarının keçirilməsi üçün inşa edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/395247.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR