Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məscidin damındakı qarın uçması faciəyə səbəb oldu

Məscidin damındakı qarın uçması faciəyə səbəb oldu

Date: 5 January 2016 07:47

Türkiyənin Rizə şəhərində məscidin damında toplanan qar yoldan keçən iki nəfərin başına tökülüb.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, qar uçqunu altında qalan iki qadın ağır yaralanıb.

Bu gün günorta saatlarında Cümhuriyyət küçəsində baş verən hadisənin görüntüləri təhlükəsizlik kameralarına düşüb.

Qar uçqunu altında qalan qadınlar ətrafadakılar köməyi ilə ölümdən xilas ola biliblər. Yaralı qadınlar xəstaxanaya yerləşdirilib. 

Maraqlısı odur ki, hər il eyni hadisənin təkrarlanmasına baxmayaraq, heç bir təhlükəsizlik tədbirləri görülməyib. Vətəndaşlar buna öz ciddi etirazlarını bildiriblər.

Oxşar hadisə Türkiyənin Kocaeli şəhərinin Kartəpə rayonundakı xizəksürmə mərkəzində baş verib. Yeni il tətilini əyləncəli etmək üçün xizək sürməyə gələn iki qadının başına otelin üzərinə yığılan qarın uçması onların qarın altında qalaraq, ağır yaralanması ilə nəticələnib.

Milli.Az


Tags:  Məscidin damındakı qarın uçması faciəyə səbəb oldu

RƏYLƏR


Top news