BMT Təhlükəsizlik Şurası Türkiyədən Suriyaya silah daşınması məsələsinə baxacaq

BMT Təhlükəsizlik Şurası Türkiyədən Suriyaya silah daşınması məsələsinə baxacaq
07:52 5 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurası Türkiyə ərazisindən Suriyaya silah daşınması məsələsini müzakirə edəcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Təhlükəsizlik Şurasının hazırkı sədri, Uruqvayın BMT-dəki daimi nümayəndəsi Elbio Roselli bildirib.
 
Onun sözlərinə görə, görüş qapalı rejimdə keçiriləcək. "Yanvarın 5-də ümumi məsələlərin müzakirəsi çərçivəsində Türkiyə-Suriya sərhədindən silah-sursatın daşınması məsələsinə baxılacaq. Bu mövzuya dair məsləhətləşmələr Rusiyanın sorğusu əsasında baş tutacaq", deyə E. Roselli qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/395250.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR