​Qaxda əsas və ara küçələr qar və buz qatından təmizlənib

​Qaxda əsas və ara küçələr qar və buz qatından təmizlənib
07:57 5 Yanvar 2016
21 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 5 yanvar. REPORT.AZ/ Qax şəhərində dekabrın 31-dən etibarən 2 gün ərzində yağan qarın yaratdığı çətinliklər aradan qaldırılır. Küçələrə qar və buz təmizləyən texnikalar cəlb olunub.
Qax Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Elbrus Tağıyevin "Report"a verdiyi məlumata görə, şəhərin Heydər Əliyev prostekti, İmam Mustafayev, Azərbaycan və Vaqif Eyvazov küçələri, həmçinin şəhərin ara küçələri qalın buz qatından təmizlənib, avtomobillərin hərəkəti bərpa olunub.
Məlumata görə, ilk öncə buzun qalın hissələri asfalt örtüyündən ayırılıb. Ardınca yumşalmış hissələrə qum və duz tökülüb. Daha sonra buz qatı yollardan təmizlənib.
Qeyd edək ki, Qax rayonuna yağan qarın qalınlığı mərkəzdə 70 sm, dağ kəndlərində isə 1 metr 20 santimetrə çatıb. Ötən gün şəhərdə havanın temperaturu -15 dərəcəyə düşüb.






Xəbərin orijinal ünvanı: http://report.az/hadise/qaxda-esas-ve-ara-kuceler-qar-ve-buz-qatindan-temizlenib-foto

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR