Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Volkswagen"i məhkəməyə verildi

"Volkswagen"i məhkəməyə verildi

Date: 5 January 2016 08:05

ABŞ-ın Ədliyyə nazirliyi "Volkswagen" avtomobil konsernini ekoloji qanunvericiliyin pozulması ilə əlaqədar məhkəməyə verib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, günahı sübuta yetirildiyi halda "Volkswagen" bir neçə milyard dollar məbləğində cərimə ödəməli olacaq.
 
Məlum olduğu kimi, konsern rəhbərliyinin "dizel qalmaqalı" başlamazdan əvvəl avtomobillərə quraşdırılan proqram təminatında çirkləndirici maddələrə (tullantılar) dair saxta göstəricilərdən xəbəri olub.
 
Qeyd edək ki, Avropanın ən böyük avtomobil konserninin idarə heyətinin sədri Martin Vinterkorn sentyabrda istefa verib.

Milli.Az


Tags:  Volkswageni məhkəməyə verildi

RƏYLƏR


Top news