"Son hadisələr Suriyada münaqişənin nizamlanması prosesinə təsir etməyəcək"

"Son hadisələr Suriyada münaqişənin nizamlanması prosesinə təsir etməyəcək"
08:12 5 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı ilə İran arasında yaşanan diplomatik qalmaqal Suriyada münaqişənin nizamlanması prosesinə təsir etməyəcək.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanının BMT-dəki daimi nümayəndəsi Abdullah əl-Muallimi bəyan edib.
 
"Bizim tərəfimizdən hər şey dəyişməz qalıb. Səudiyyə Ərəbistanı Suriya və Yəməndə münaqişələrin dinc yolla həlli istiqamətində səylərini əsirgəməyəcək, sülh səylərinə dəstək vermək üçün inadla çalışacaq", deyə A. əl-Muallimi bildirib.
 
Diplomat həmçinin vurğulayıb ki, indiyədək rəsmi Tehran Suriya və Yəməndə münaqişənin nizamlanmasında kifayət qədər səy göstərməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/395257.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR