Əli Əhmədov: Azərbaycanda yaxşı imici olan xarici müəssisələrlə birgə dərman istehsal ediləcək

Əli Əhmədov: Azərbaycanda yaxşı imici olan xarici müəssisələrlə birgə dərman istehsal ediləcək
08:13 5 Yanvar 2016
28 Sosial
Ölkə mətbuatı
A- A+

Bu şəxslər 2000 manatadək cərimələnəcək (12 Aprel 2017 12:25)
"Dərman qıtlığı yox, insanların alışdığı adda dərmanların tapılmaması məsələsi var" (08 Aprel 2017 13:37)
Baş nazirin müavini dərman qıtlığından DANIŞDI (08 Aprel 2017 13:13)

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda dərman istehsal edən müəssisələrin yaradılması üçün danışıqlara yaxın vaxtlarda başlanacaq. Bunu Trend-ə müsahibəsində Azərbaycan Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov deyib.

Baş nazirin müavini qeyd edib ki, uzun müddət Azərbaycanda dərman istehsalı praktikası, bu sahənin mütəxəssisləri olmayıb. Buna görə də yeganə çıxış yolu korporasiya əsasında xarici ölkələrin ciddi dərman firmaları ilə əlaqələr quraraq müəssisə yaratmaqdır.

Hazırda bu istiqamətdə işlərin aparıldığını deyən Ə.Əhmədov bildirib ki, ilkin mərhələdə Azərbaycanda korporasiya əsasında yaxşı imici olan, keyfiyyətli dərman buraxan müəssisələrlə birlikdə dərman istehsalı müəssisələri yaradılacaq. Baş nazirin müavini hesab edir ki, gələcəkdə Azərbaycanın özünün də tədricən dərman istehsalı üzrə praktikası formalaşacaq.

Azərbaycanın yaxın zamanlarda dərman istehsalına başlayacağını güman etdiyini söyləyən Ə.Əhmədovun sözlərinə görə, Azərbaycanda, demək olar, dərman istehsalı yoxdur. Azərbaycanda istifadə edilən dərmanların böyük əksəriyyəti xaricdən gətirilir.

Baş nazirin müavini əlavə edib ki, dərmanların xaricdən gətirilməsi bir tərəfdən Azərbaycanda daxili bazarın normal şəkildə fəaliyyət göstərməsinə mənfi təsir edir, digər tərəfdən, bunun nəticəsində böyük həcmdə valyuta Azərbaycandan kənara çıxır: “Üçüncü tərəfdən, bu, bütövlükdə milli təhlükəsizlik problemi məsələsinə gətirib çıxarır. Buna görə də Azərbaycanda dərman istehsalı aktual olaraq müzakirə olunur. Çox intensiv şəkildə Azərbaycanda dərman istehsalının təşkil olunması üçün işlər aparılır. Amma burada bir cəhətə diqqət yetirilməlidir. Dərman istehsal edən müəssisələr çoxdur. Amma dərman xüsusi məhsul növüdür, istənilən müəssisənin Azərbaycana gəlib dərman istehsal etməsi də o qədər məqsədəuyğun olmazdı. Ona görə də çalışmaq lazımdır ki, Azərbaycana ciddi reputasiyası olan, keyfiyyətli məhsul hazırlaya bilən müəssisələr gəlsin”.

Dərmanların qiyməti məsələsinin də Azərbaycan Prezidentini, ümumilikdə Azərbaycan hökumətini ciddi şəkildə narahat etdiyini deyən Ə.Əhmədov dərmanların qiymətinin tənzimlənməsini vacib hesab edib: “Prezidentin birbaşa tapşırığı ilə, onun özünün nəzarəti altında praktika tətbiq edilib, dərmanların qiymətləri dövlət tərəfindən tənzimlənir. Dərmanların qiymətlərinin bu ya digər formada tənzimlənməsi praktikası, demək olar, əksər dövlətlərdə, o cümlədən Avropa ölkələrinin əksəriyyətində tətbiq olunur. Dərman elə bir məhsuldur ki, onun qiyməti dövlət tərəfindən, yaxud hansısa formada tənzimlənməlidir”.

Baş nazirin müavini əlavə edib ki, dərmanların keyfiyyətinə nəzarət də dövlət tərəfindən ciddi şəkildə həyata keçirilməlidir.

Onun sözlərinə görə, dərmanların keyfiyyətinin yaxşı və ya pis olmasını ondan istifadə edən müəyyənləşdirə bilmir: “Bu, eyni zamanda dərmanın qiymətinə də aiddir. Dərman bu qiymətə dəyər-dəyməz - bunu vətəndaş müəyyənləşdirə bilməz. Belə olan halda dövlət məsələyə müdaxilə etmək məcburiyyətində qalıb”.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Lənkəranda 5 otaqlı ev yanıb

29 Aprel 2017 17:47

“Dünyanın ən güclü qızı” Əsədə hədiyyə verəcək – FOTOLAR

29 Aprel 2017 17:43

Dünya Kubokunda daha iki növdə finalçıların adı müəyyənləşib

29 Aprel 2017 17:43

"Barselona"nın oyunçusu "Real"a keçə bilər

29 Aprel 2017 17:37

Marsdakı torpaqdan kərpic hazırlandı

29 Aprel 2017 17:37

Bu fotolar hər yerdən silinir, silinməmiş SİZ DƏ BAXIN!

29 Aprel 2017 17:33

Görüntülər ortaya çıxdı - Kapitan dəliyə döndü - FOTO

29 Aprel 2017 17:27

Azərbaycan vətəndaşı qətlə yetirildi

29 Aprel 2017 17:26

"Amil Xəlil ilə Bura Vətəndir" MİNGƏÇEVİRDƏ

29 Aprel 2017 17:23

Tamaşaçı: Azarkeşlərin dəstəyi gimnastların uğurunda böyük rol oynayır

29 Aprel 2017 17:22

Ronaldinyo şou göstərdi, "Real Madrid" məğlub oldu

29 Aprel 2017 17:18

Dəniz Sekinin azadlığa çıxma vaxtı dəqiqləşdi

29 Aprel 2017 17:17

Türkiyədən oğurlanmış 5 min il yaşı olan heykəl satışa çıxarıldı - FOTOLAR

29 Aprel 2017 17:13

Maştağada iti zorlayanların görüntüləri yayıldı

29 Aprel 2017 17:06

"Tottenham" yeni stadionda

29 Aprel 2017 17:05

Azərbaycanın bu bölgələrində yanğın olub

29 Aprel 2017 17:04

Bütöv Azərbaycanın HAVA PROQNOZU

29 Aprel 2017 17:03

Zərdabda həmkəndilərinin qoynunlarını oğurlayan dəstə üzvləri saxlanılıb

29 Aprel 2017 17:02

Qanunsuz silah aşkar edildi

29 Aprel 2017 16:59

Myanmada sərnişin avtobusu dərəyə yuvarlandı

29 Aprel 2017 16:59

18 yaşlı qız sirkə turşusundan zəhərləndi

29 Aprel 2017 16:57

Mingəçevirdə avtomobil işıq dirəyinə çırpılıb, 1 nəfər xəsarət alıb

29 Aprel 2017 16:57

Dəniz Aytəkinə yüksək təyinat

29 Aprel 2017 16:57

Rusiyalı gimnast: Bədii gimnastikada yeni qaydalar hakimlərin işini daha da çətinləşdirib

29 Aprel 2017 16:55

50 min uşaq məktəbəhazırlığa cəlb edilib - Ötən il

29 Aprel 2017 16:54

Kraliçalar krallardan daha betər olublar

29 Aprel 2017 16:53

Bərdədə yararsız at əti müsadirə edildi

29 Aprel 2017 16:52

Bərdə rayonunda at əti aşkar edildi - FOTOLAR

29 Aprel 2017 16:49

Sakisyanın müharibə bəyanatına Ramaldanovdan cavab

29 Aprel 2017 16:47

Türkiyə mətbuatı azərbaycanlı varlıların qızlarının elə görüntüsünü yaydı ki,...

29 Aprel 2017 16:45

Maykl Ceksonun çirkli alt paltarı 1 milyon dollara satılır - FOTO

29 Aprel 2017 16:43

İlham pərisinin, üsyan ruhunun və ölüm mələyinin yurdu - Səbuhi Məmmədli əfsanəvi sovet qəsəbəsindən yazır

29 Aprel 2017 16:39

Bərdənin Qasımbəyli kəndində at əti aşkarlanıb

29 Aprel 2017 16:37

Sankt-Peterburqda Azərbaycan vətəndaşı odlu silahdan açılan atəşlə qətlə yetirilib

29 Aprel 2017 16:37

Uşaqlara zərər vuran nağıllar - VİDEO - FOTO

29 Aprel 2017 16:37

Azarkeş: Dünya Kuboku kimi yarışlar Azərbaycanda gimnastikanın inkişafına kömək edir

29 Aprel 2017 16:36

Gürcüstan gimnastı: Bakı gözəl şəhərdir və burada çıxış etmək hər zaman xoşdur

29 Aprel 2017 16:36

Bərdədə 3-cü dəfə yararsız at əti müsadirə edildi

29 Aprel 2017 16:29

Azərbaycanlı gimnast: Yarışların ikinci günündə həyəcanın öhdəsindən gəlmək mümkün oldu

29 Aprel 2017 16:29

Stüardessalar təyyarədə alt paltarında dolaşırlar

29 Aprel 2017 16:29

Hər gün bu ərzaqlardan MÜTLƏQ istifadə edin

29 Aprel 2017 16:28

"CinemaPlus Xəmsə" - 1 il!

29 Aprel 2017 16:27

Azərbaycan vətəndaşı Rusiyaya gizli şəkildə 7 ədəd qızıl boyunbağı aparmaq istəyib

29 Aprel 2017 16:27

Beynəlxalq Muğam Mərkəzində M.Müşfiq yaradıcılığına həsr olunmuş tədbir keçirilib - FOTO

29 Aprel 2017 16:27

​Azərbaycanda dördəm dünyaya gəldi

29 Aprel 2017 16:19

ABŞ Türkiyə sərhədinə ordu yetirdi: DÖYÜŞ BAŞLAYACAQ - FOTOLAR

29 Aprel 2017 16:18

Xaricilər Azərbaycan filmlərindən məşhur ifadələri səsləndirdilər

29 Aprel 2017 16:15

İnyesta Barselona derbisini buraxacaq

29 Aprel 2017 16:14

1 otaqlı ev yandı

29 Aprel 2017 16:11

Çində meteroid yağışı - VİDEO

29 Aprel 2017 16:08