Polşada 20 nəfər donaraq ölüb

Polşada 20 nəfər donaraq ölüb
08:17 5 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Polşada iki gün ərzində 20 nəfər donaraq ölüb. Milli.Az anspress-ə istinadən xəbər verir ki, son bir neçə ay ərzində Polşanın ayrı-ayrı bölgələrində temperatur 20 dərəcə aşağı düşüb.

Sinoptiklərin proqnozlarına görə, şaxta hələ bir neçə həftə davam edəcək. Təhlükəsizlik mərkəzindən verilən məlumatlara əsasən, noyabrın 1-dən etibarən ölənlərin sayı artıq 39 nəfərə çatıb. 

Təhlükəsizlik mərkəzinin nümayəndəsi Bojena Vısoçkoyanın dediyinə görə, yalnız son sutka ərzində 12 nəfər ölüb. Bundan bir gün əvvəl isə daha 8 nəfərin öldüyü deyilir. 

Havanın soyuq keçməsi, yağan qar yolları iflic vəziyyətə salıb, 150-dən çox ev istiliksiz qalıb. Bəzi dükan və marketlər bağlanıb, dövlət müəssisələri tətil elan edib.

Ümumiyyətlə, Avropada qış çox sərt keçir və insanların donaraq ölməsi hallarına, demək olar, hər il rast gəlinir. Ən yadda qalan il isə 2012-ci il olub. Həmin il Avropada 60-dan çox insan donaraq dünyasını dəyişib. Soyuq hava daha çox Şərqi və Mərkəzi Avropada müşahidə edilib.

Ukraynada 30-a yaxın, Polşada isə təxminən 20 adam soyuq havanın qurbanı olub. Onların əsasən evsiz-eşiksizlər olduğu vurğulanıb. Bəzi ölkələrdə havanın hərarəti mənfi 20-25 dərəcəyədək enib. Sinoptiklərin proqnozlarına görə, şaxta azı bir həftə davam edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/395260.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR