Çində avtobusda baş vermiş yanğında 14 nəfər ölüb

Çində avtobusda baş vermiş yanğında 14 nəfər ölüb
08:18 5 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+


Pekin, 5 yanvar, AZƏRTAC
Çinin Ninsia Huy Muxtar Rayonunda avtobusda baş vermiş yanğında 14 nəfər ölüb, 30-dan çox adam yaralanıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisə rayonun inzibati mərkəzi olan İnçuan şəhərində çərşənbə axşamı səhər saat 7 radələrində baş verib. Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Hadisənin səbəbləri araşdırılır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHinde_avtobusda_bas_vermis_yanginda_14_nefer_olub-916082

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR